Türkiyə ilk ora HÜCUM EDƏCƏK: 4 milyon insan eyni anda...
Bizi izləyin

Yaxın Şərq

Türkiyə ilk ora HÜCUM EDƏCƏK: 4 milyon insan eyni anda...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin tərəfindən imzalanan, Suriya məsələsində “masadakı ən yaxşı kartlardan biri” kimi dəyərləndirilən İdlib razılaşması Əsəd rejiminin bölgəyə müdaxiləsindən sonra yeni bir böhrana sürüklənir. Milyonlarla dinc insanın köç dalğasına səbəb olması kimi tragedik bir vəziyyət yaranıb. Bununla yanaşı, Türkiyə üçün ciddi bir təhlükəsizlik riski meydana gəlib.

Publika.az xəbər verir ki, rəsmi Ankara bu riski diqqət mərkəzinə çəkib Fərat çayının şərqindəki terrorçulara qarşı planlaşdırılan hərəkatı İdlibə istiqamətləndirə bilər.

Türkiyənin İdlib məsələsində fərqli narahatlıqları var. Burada əsas yanaşma insan faktorudur. İdlibdə 4 milyona yaxın dinc sakin yaşayır və Əsəd rejimin müdaxilələri bu insanların kütləvi miqrasiyasına səbəb ola bilər. Türkiyə də ölkəsinə doğru gələcək daha bir köçün qarşısını almaq, həm də həmin insanların normal həyatlarından qopmamaq üçün üstünlüyünü bu bilgiyə verəcək. Türkiyə üçün bölgədə sabitliyin təmin edilməsi çox önəmlidir. Medalın digər üzü isə Türkiyənin sərhəd təhlükəsizliyidir. Çünki köç dalğasının içinə sızan terror ünsürləri Türkiyə torpaqlarına daxil ola və terrorçu fəaliyyətlərinin coğrafi əhatəsini genişləndirə bilərlər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm