Mayor Zöhrab Kərimov Suriyada öldürüldü - ŞOK TƏFƏRRÜAT - (FOTO)
Bizi izləyin

Yaxın Şərq

Mayor Zöhrab Kərimov Suriyada öldürüldü - ŞOK TƏFƏRRÜAT - (FOTO)

Suriyada Rusiya zabitləri həlak olub.

Publika.az xəbər verir ki, bu haqda BBC-nin rus xidməti bir rus zabitin qohumuna istinadən bildirib.

Məlumata görə, Deyr-ez-Zor əyalətinin Al-Mayadin şəhərinin yaxınlığında Rusiya hərbi qulluqçularının olduğu UAZ markalı avtomobil döyüşçülərin pusqusuna düşüb. Avtomobildə mayor Söhrab Kərimov və iki polkovnik var idi. Hadisə fevralın 22-də baş verib.

Kərimovun valideynlərinə hadisə barədə məlumat verilib və dezoksiribinuklein turşusunun analizinin təslim edilməsi üçün onlar Burdenko adına hərbi hospitala dəvət edilib. Lakin testin nəticələrinə görə nümunələr üst-üstə düşməyib.

“Tezliklə, Kərimovun xəbərsiz itməsinin bir ayı olacaq”, - BBC-nin mənbəyi bildirib.

Həlak olan digər iki zabitin adları açıqlanmır. “Lenta.ru” informasiyanı dəqiqləşdirmək istəsə də, Rusiyanın Müdafiə Nazirliyi sorğuya cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm