Səudiyyədən Camal Qaşıqçı həmləsi: aylıq 120 min dollar ödəyəcək
Bizi izləyin

Yaxın Şərq

Səudiyyədən Camal Qaşıqçı həmləsi: aylıq 120 min dollar ödəyəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Səudiyyə Sosial İnvestisiya Fondu (PIF) jurnalist Camal Qaşıqçının öldürülməsi ilə yananan zərərin idarə olunması və ölkənin siyasi rəhbərliyinin imicinin düzəldilməsi üçün ötən ay “Karv Communications” şikəti ilə müqavilə bağlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Müqaviləyə əsasən, fond kommunikasiya şirkətinə aylıq 120 min dollar ödəyəcək.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Onun cəsədinin yeri indiyə kimi məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm