Tramp dəqiq tarix açıqlamışdı: BİR DÖVR BAŞA ÇATDI
Bizi izləyin

Yaxın Şərq

Tramp dəqiq tarix açıqlamışdı: BİR DÖVR BAŞA ÇATDI

İŞİD terror təşkilatı Suriyada daha ərazilərə nəzarət etmir.

Publika.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti Sara Sandersə istinadən “Röyters” agentliyi bildirib.

Bu haqda artıq ABŞ prezidenti Donald Trampa məlumat verilib.

Axar.az-ın yazdığına görə, “Əl Arabia əl-Cədid” qəzeti İŞİD lideri Əbubəkr Bağdadi xarici görkəmində dəyişiklik edərək Suriyadan İraqa qaçmağa çalışır. Qəzet onun cəhdlərinin uğursuz olduğunu yazıb:

“Bağdadi Baqoz kəndində deyil, ancaq Demokratik Suriya Qüvvələrinin əməliyyatlarından əvvəl bura bir neçə dəfə gəlib. Təhlükəsizlik qüvvələrindən əldə edilən məlumata görə, Suriyanın başqa bir bölgəsindədir. Oradan bir neçə dəfə İraqa qaçmağa çalışıb, ancaq koalisiya qüvvələri və sərhəddəki İraq xalq müdafiə qüvvələri Haşd əl-Şabi onu dayanamağa məcbur edib”.

Məlumatda Bağdadinin mülki avtomobil və ya taksilərlə yerini dəyişdiyi qeyd edilib:

“Son zamanlarda konvoyların onu müşayiət etməsinə qarşı çıxır, mühafizəçiləri İŞİD-in formalarından fərqli əfqan paltarları geyinir. Bundan əlavə, xarici görünüşündə dəyişiklik edib. Saqqalını qısaldaraq, qırmızı rəngə boyayıb. Son iki ildə az hərəkət etməkdən çox kökəlib".

Qeyd edək ki, bundan əvvəl dəfələrlə Bağdadinin öldürülməsi barədə məlumatlar yayılsa da, xəbərlər təsdiqini tapmayıb.

Xatırladaq ki, Amerika lideri martın 22-də İŞİD-in son qalasının yaxın saatlarda məhv ediləcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm