İŞİD üzvləri orada gizlənib, münasib vaxtı gözləyirlər – ŞOK XƏBƏRDARLIQ
Bizi izləyin

Yaxın Şərq

İŞİD üzvləri orada gizlənib, münasib vaxtı gözləyirlər – ŞOK XƏBƏRDARLIQ

İŞİD terror qruplaşması dağıdılıb, amma döyüşçülər qaçqın düşərgələrində və uzaq rayonlarda gizlənirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın başçılıq etdiyi koalisiya güclərinin komandanı, general-polkovnik Pol Lakamera bildirib.

“Yanılmaq lazım deyildir, İŞİD öz gücünü saxlayır. Onlar yenidən ortaya çıxmaq üçün münasib vaxtı gözləyirlər”, - Lakameranın bəyanatında deyilir.

Lakameranın sözlərinə görə, yalnız son ay ərzində 60 mindən çox döyüşçü və mülki şəxs Baquzada (Suriyanın Deyr-əz-Zor əyalətində yaşayış məntəqəsi –red.) təslim olublar və ya qaçıblar.

“Baquzadan təxliyyə edilən vətəndaşlar İŞİD terrorçularının ailə üzvləridir və onlar İŞİD-in radikal ideologiyasını şüurlu olaraq qəbul edbilər. Terrorçuların ailə bu üzvləri öz ideologiyasından asanlıqla imtina etməyəcəklər”, - o deyib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriya və İraqın İŞİD terror təşkilatından tam azad olunduğunu elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm