İsrail Suriyaya aviazərbələr endirdi
Bizi izləyin

Yaxın Şərq

İsrail Suriyaya aviazərbələr endirdi

İsrail hərbi aviasiyası Suriyanın Hələb vilayətinə raketlərlə zərbələr endirib.

Publika.az xəbər verir ki, Suriyanın SANA dövlət agentliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə gücləri Hələb şəhərindən şimal-şərqdə İsrailin hücumunu dəf ediblər.

Məlumata görə, heç kim zərər çəkməyib, yalnız maddi zərər var.

Zərbə altında həmçinin Cibrin qəsəbəsinin mülki aeroportu düşüb. Hücumdan sonra Hələbdə elektriki tamamilə kəsiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm