Türkiyədən 400 min yəhudi ilə bağlı sərt reaksiya - Torpaqların işğalı...
Bizi izləyin

Yaxın Şərq

Türkiyədən 400 min yəhudi ilə bağlı sərt reaksiya - Torpaqların işğalı...

İsrailin baş naziri Benyamin Netanyahunun İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində yerləşdirilən yəhudi qəsəbələrini ilhaq edəcəyinə söz verməsi Türkiyədə sərt reaksiyalara səbəb olub.

Publika.az xəbər verir ki, iqtidarda olan Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çəlik beynəlxalq toplumu Netanyahunun qarşısını almağa səsləyib.

“ABŞ prezidenti Donald Trampın Qüds və Qolan təpələri qərarından cəsarətlənən İsrailin baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə sülh və sabitliyi gözüyumulu şəkildə təhlükəyə atır. Bununla təxribatlarını davam etdirir. Netanyahu son olaraq baş nazir seçkilərində qalib gələcəyi təqdirində Qərbi Şəriədə yerləşən qəsəbələri ilhaq edəcəyini deyib. Bu bəyanat açıq şəkildə BMT Təhlükəsizlik Şurasının qərarlarını və beynəlxalq hüququ heçə saymaqdır. Hüquqları tapdalamaq mərhələsindən yox etmək mərhələsinə keçiddir. Beynəlxalq toplumun Netanyahuya “dayan” demək vaxtı gəlib və keçməkdədir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu “Kanal 12”-də seçkiqabağı telemüsahibəsi zamanı İordan çayının Qərb sahilindəki Fələstin ərazilərində yerləşdirilən yəhudi qəsəbələrini ilhaq edəcəyinə söz vermişdi.

Xatırladaq ki, İsrailin 1967-ci ildə tərkibinə qatdığı Qərbi Şəriədə 250-yə yaxın qeyri-qanuni yəhudi qəsəbəsi yerləşir. Burada 400 mindən çox yəhudi yaşayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm