Paytaxt uğrunda şiddətli döyüşlər gedir
Bizi izləyin

Yaxın Şərq

Paytaxt uğrunda şiddətli döyüşlər gedir

General Xəlifə Haftarın ordusu ilə hökumət gücləri arasında Tripolidə toqquşmalar zamanı 20-dən çox döyüşçü həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Daha 27 nəfər yaralanıb. Toqquşmalar nəticəsində Tripolinin bəzi rayonları işıqsız qalıb.

Xatırladaq ki, Haftarın başçılıq etduyi Suriya Milli Ordusuna cümə axşamı Tripolinin “terrorçulardan azad olunması” üçün hücuma başlamağı əmr edib. Məlumata görə, bu gün Xəlifə Xaftarın rəhbərlik etdiyi Liviya milli ordusu paytaxt səmasında cavab əməliyyatına başlayıb.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Haftarın tərəfdarları paytaxtın cənub-şərq hissəsində bir neçə rayona nəzarəti ələ keçirib.

Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftarla əməkdaşlıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm