Baş nazirin olduğu binada DƏHŞƏTLİ YANĞIN
Bizi izləyin

Yaxın Şərq

Baş nazirin olduğu binada DƏHŞƏTLİ YANĞIN

Pakistanın paytaxtı İslamabadda yanğın hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, yanğın baş nazir İmran Xanın ofisinin yerləşdiyi binada baş verib.

İlkin versiyaya görə, yanğın binanın 6-cı mərtəbəsində meydana gələn qısaqapanmadan sonra olub. Alov qısa müddətdə hər tərəfə yayıldığı üçün yanğın təhlükəli hal alıb. Buna görə də baş nazirin ofisi boşaldılıb.

Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə hələ ki, informasiya verilmir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm