Yaxın Şərqin KABUSU quruldu: ABŞ NATO-nun...
Bizi izləyin

Yaxın Şərq

Yaxın Şərqin KABUSU quruldu: ABŞ NATO-nun...

Səudiyyə Ərəbistanı “Ərəb NATO”su adlandırılan “Strateji Yaxın Şərq Paktı”nın qurulması işlərinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə SPA rəsmi xəbər agentliyi informasiya yayıb.

Xəbərə görə, paytaxt Ər-Riyadda başlanğıc olaraq bir toplantı təşkil edilib. Ötən gün keçirilən toplantıda ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Oman, İordaniya və Qətərin ali səlahiyyətli şəxsləri iştirak edib. İştirakçıların kimliyinə dair bilgi verilməyib.

Toplantı bölgədə və dünyada sabitliyin, təhlükəsizliyin gücləndirməsini hədəfləyən paktın qurulması istiqamətində atılan addım kimi dəyərləndirilib.

Qeyd edək ki, “Ərəb NATO”su ilə bağlı ilkin razılşma 2017-ci ildə əldə olunmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm