• USD 1,7000 0,00% EUR 1,8924 -0,18%
    • GBP 2,2219 +0,17% RUB 0,0276 -0,36%

İsrail seçkiləri: Hər iki tərəf zəfər elan etdi

İsrail seçkiləri: Hər iki tərəf zəfər elan etdi

İsraildə keçirilmiş növbədənkənar parlament seçkilərində “Likud” partiyasına rəhbərlik edən İsrailin Baş naziri Binyamin Netanyahu və “Kahol-Lavan” mərkəzçi blokuna rəhbərlik edən İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans qalibiyyətlərini elan edib.

Publika.az xəbər verir ki, səslərin əksər hissəsinin hesablanmasından sonra parlamentdə mövcud olan yerlərdən “Mavi-bəyaz” (Kahol-Lavan) hərəkatının 36-37, “Likud” partiyasının isə 33-36 arası yer alacağı bildirilir.

Hans seçkilərlə bağlı ilk açıqlamasında “biz qazandıq! İsrail xalqı öz sözünü dedi. Minlərlə fəala və bir milyondan çox seçiciyə təşəkkür edirəm. Bu seçkilərin açıq şəkildə bir qalibi və bir məğlubu var. Netanyahu 40 yer sözü vermişdi və məğlub oldu” ifadələrini işlədib.

Netanyahu da rəqibinin açıqlamasına bənzər şəkildə çıxış edib: “Likud”un liderlik etdiyi sağ qanad bloku açıq şəkildə zəfər qazanıb. İsrail vətəndaşlarına bizə güvəndikləri üçün təşəkkür edirəm”.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR