Bura ölüm düşərgəsidir, hər gün... – DƏHŞƏTLİ FAKT
Bizi izləyin

Yaxın Şərq

Bura ölüm düşərgəsidir, hər gün... – DƏHŞƏTLİ FAKT

Suriyanın şimal-şərqində yerləşən Al-Hol düşərgəsində artıq 235 uşaq həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin bildirib.

“Düşərgədə hər gün 10-dan 20-yə qədər insan ölür. Həmçinin, uşaqlar. Düşərgədə dərmanlar, qida məhsulları və yaşayış üçün digər şərtlərin çatışmazlığına görə son həftə ərzində yeddi uşaq həlak olub. Al-Hol düşərgəsində həlak olan uşaqların ümumi miqdarı 235-ə çatıb”, - Kupçişin deyib.

O, beynəlxalq təşkilatları düşərgədə vəziyyətin yaxşılaşması üçün tədbirlər görməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm