İŞİD bu ərazidə “Bermud üçbucağı” yaradıb: onlar hara yoxa çıxır?
Bizi izləyin

Yaxın Şərq

İŞİD bu ərazidə “Bermud üçbucağı” yaradıb: onlar hara yoxa çıxır?

Suriya ordusu aprel ayı ərzində Palmira-Deyr-ez-Zor marşrutu ilə hərəkət edən ikinci avtomobil kolonunu itirib.

Publika.az xəbər verir ki, bu haqda Livanın “Al Masdar News” nəşri mənbələrə istinadən yazıb.

Hökumət güclərinin komandanlığı hesab edir ki, avtomobil kolonlarının İŞİD terrorçularının pusqusuna düşdüyü ehtimal olunur. Onların axtarışları üçün göndərilən qrup nə nəqliyyat vasitələrinin, nə də hərbi qulluqçuların izlərini aşkar edə biliblər.

Nəşr qeyd edir ki, terrorçular son iki ay ərzində Suriya ordusunun bölmələrinə bir neçə dəfə hücum ediblər. Bu pusqular nəticəsində bir neçə əsgər həlak olub və ya əsir götürülüb.

Pusqulardan birinin qurbanları fevral ayında Deyr-ez-Zor əyalətində üç Rusiya hərbçisi olub. Xəbərsiz itən hərbçilərin öldüyü sonradan təsdiqlənib. Həmçinin, sosial şəbəkələrdə Rusiya zabitlərinin bədənlərinin təsvir edildiyi video dərc edilib.

Mənbələr bu ərazidə hazırda olan vəziyyəti “Bermud üçbucağı” ilə müqayisə edirlər.

Qeyd edək ki, İŞİD döyüşçüləri ilk dəfə 2015-ci ildə Palmira üzərində nəzarəti ələ keçiriblər. 2016-cı ilin martında şəhər Suriya ordusu və Rusiya xüsusi təyinatlı dəstəsi tərəfindən azad edilmişdi. Ancaq həmin ilin sonunda terrorçular şəhəri yenidən tutublar. Palmira 2017-ci ilin martında yenidən azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm