Xaftarın ordusuna məxsus qırıcı vuruldu
Bizi izləyin

Yaxın Şərq

Xaftarın ordusuna məxsus qırıcı vuruldu

Xəlifə Xaftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna məxsus hərbi qırıcı Liviyanın paytaxtı Tripolidən cənubda qəzaya düşüb.

Publika.az xəbər verir ki, Fransanın AFP agentliyinin məlumatına görə, təyyarə Milli Razılıq Hökumətinə məxsus güclər tərəfindən vurulub.

Milli Razılıq Hökumətinə məxsus güclərin nümayəndəsi, polkovnik Məhəmməd Qnunun sözlərinə görə, Vadi ar-Rabi bölgəsində hava hücumu planlaşdıran qırıcını məhv etməyi bacarıblar.

“Sky News” telekanalının ərəb xidmətinin məlumatına görə, pilot sağ qalmağı bacarıb, çünki o, tullanmağa vaxt tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm