Fələstin lideri Netanyahu ilə görüşmək üçün şərtini açıqladı
Bizi izləyin

Yaxın Şərq

Fələstin lideri Netanyahu ilə görüşmək üçün şərtini açıqladı

Fələstin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün şərtini açıqlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Fələstinin Xarici İşlər Nazirliyinin başçısı Riyad əl-Malikinin sözlərinə görə, görüş Moskvada baş tutacağı halda, Mahmud Abbas hər hansı ilkin şərtlərsiz Netanyahu ilə görüşməyə hazırdır.

Fələstinin Xarici İşlər Nazirliyinin başçısı əlavə edib ki, hazırda belə görüşün keçirilməsi üzrə konkret təklif yoxdur.

“Biz yaxın gələcəkdə bunun üçün perspektivlər görmürük”, - fələstinli diplomat vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm