Qazaxıstanda kritik görüş - İllərdir gözlənilən açıqlama veriləcək
Bizi izləyin

Yaxın Şərq

Qazaxıstanda kritik görüş - İllərdir gözlənilən açıqlama veriləcək

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda Suriya ilə bağlı Astana formatındakı müzakirələrin 12-ci turu başlayıb.

Publika.az xəbər verir ki, 2 gün davam edəcək sammitin sonunda yekun sənədin qəbul ediləcəyi ümumi toplnatının təşkil edilməsi ehtimal olunur.

Zirvə əsnasında iştirakçıların xüsusilə Suriya Konsitutsiyasının yaradılması, Astana formatına yeni ölkələrin qatılması və İdlibdə terror probleminin həlli kimi məsələləri müzakirə edəcəyi bildirilir.

Nur-Sultanda başlayan görüşmələrdə hansı nəticələrin əldə olunması arzulanır? İdlib probleminin həllini sürətləndirmək üçün hansı formul daha münasibdir? Siyasi proseslə bağlı ehtimallar nələrdir?

Bu sualları şərh edən hərbi ekspertlər bildirir ki, Astana formatı öz dinamikası çərçivəsində davam edir və nəticələr doğurur. Bunlardan ən əhəmiyyətlisi Konstitusiya Komitəsinin təşkilidir. Hesab edilir ki, 12-ci turdan sonra Konstitusiya Komitəsinin təşkili, səlahiyyətləri və təşkilatlanması məsələsi ilə bağlı açıqlamalar veriləcək. Daha əvvəl komitənin üçüncü 50 nəfərlik qrupu daxilində Türkiyənin qəbul etmədiyi 6 ölkə olub. Bu mərhələdə sözügedən problemin həll olunduğu ehtimal edilir. Dolayısı ilə Konstitusiya Komitəsinin yaradılması ilə bağlı yekun açıqlamanın bu turda verilməsi gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm