Moskva HÜCUMUN ANONSUNU VERDİ: Rusiya və Türkiyə...
Bizi izləyin

Yaxın Şərq

Moskva HÜCUMUN ANONSUNU VERDİ: Rusiya və Türkiyə...

Rusiya İdlib və Suriyanın digər bölgələrindəki terror qruplaşmalarının varlığını qəbul etməyəcək.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Banqladeşli həmkarı Əbdülkəlam Momenlə görüşdən sonra ortaq mətbuat konfransında çıxış edən Lavrov qeyd edib ki, İdlib Gərginliyi Azaltma bölgəsində Nüsra cəbhəsi probleminin həlli üçün Rusiya və Türkiyə arasında əldə olunmuş razılaşmanı həyata keçirməyə çalışırlar: “Rusiya prezidenti Vladimir Putinin də dediyi kimi, təbii olaraq, bu terrorçuların “müdafiə sahəsi” içində onlara toxunulmadan qalmasını qəbul edə bilmərik. Hər şeyin həddi var. İdlib və terrorçuların aktiv fəaliyyət göstərdiyi digər bölgələrdə bu vəziyyət sonsuza qədər davam edə bilməz. Suriya hökumətinin öz torpaqlarında vətəndaşlarının təhlükəsizliyini təmin etmək haqqına sahib olduğunu düşünürük”.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Silahlı Qüvvələrin sözügedən ərazidəki terrorçulara qarşı planlaşdırılan hərəkatın hazırlıq işlərinin tamamlandığını açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm