Xaftarın hərbi düşərgəsinə hücum oldu
Bizi izləyin

Yaxın Şərq

Xaftarın hərbi düşərgəsinə hücum oldu

Xəlifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusuna məxsus hərbi düşərgə hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Sabxa şəhərindəki mənbə bildirib.

“Sabxa hərbi rayonunda Liviya Milli Ordusuna aid düşərgələrdən biri silahlı hücuma məruz qalıb”, - mənbə deyib.

Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Xəlifə Xaftarla əməkdaşlıq edir.

Aprelin 4-də Xaftar Tripoliyə hücumun başlandığını elan edib. Əgər Xaftar Tripolini tutmağı bacararsa, onda onun ordusu Liviya üzərində nəzarəti tamamilə ələ keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm