Netanyahu Ruhaniyə müharibə ELAN ETDİ: "Axıra qədər savaşacağıq"
Bizi izləyin

Yaxın Şərq

Netanyahu Ruhaniyə müharibə ELAN ETDİ: "Axıra qədər savaşacağıq"

İranın nüvə sazişi ilə bağlı bəzi öhdəliklərindən imtina etməsi region ölkələrini və dünya supergüclərini ayağa qaldırıb.

Publika.az xəbər verir ki, ilk reaksiya rəsmi Təl-Əvivdən gəlib.

İsrailin baş naziri Benyamin Netanyahu bir anım mərasimindəki çıxışında məsələ ilə bağlı danışıb: “Bu sabah buraya gələndə İranın nüvə proqramını davam etdirəcəyini öyrəndim. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik. Bizi öldürmək istəyənlərlə savaşmağa davam edəcəyik”.

Çindən verilən açıqlamada isə ABŞ-ın İrana tətbiq etdiyi təktərəfli sanksiyalara qətiyyətli şəkildə etiraz edildiyi bildirilib. Açıqlamada İran ilə imzalanan nüvə sazişinin tam şəkildə tətbiq olunması tələb olunub.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov rəsmi Vaşinqtonun geri çəkildiyi sazişlə bağlı “İranın nüvə razılaşması ilə bağlı durumu ABŞ-ın məsuliyyətsiz mövqeyindən qaynaqlanır” sözlərini deyib.

Kremldən verilən açıqlamada isə “hazırda ABŞ-ın razılaşmadan geri çəkilməsinin nəticələrini görürük” sözləri qeyd olunub.

Qeyd edək ki, 2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.

İran prezidenti Həsən Ruhani bu gün ABŞ-ın nüvə razılaşmasından çəkilməsinin ildönümü münasibətilə Dövlət Televiziyasında çıxışı zamanı “nüvə razılaşması çərçivəsində uranı 3,67 faiz zənginləşdirmək öhdəliyimiz var. Ancaq İranın nüvə razılaşmasındakı maraqları qorunmasa, 60 gün içində zənginləşdirilmiş uranın səviyyəsini artıracağıq” sözlərini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm