• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

Tükləriniz BİZ-BİZ OLACAQ: diri-diri yandırıldı, zorlandı və... - 128 min insanın DƏHŞƏTLİ TALEYİ

Tükləriniz BİZ-BİZ OLACAQ: diri-diri yandırıldı, zorlandı və... - 128 min insanın DƏHŞƏTLİ TALEYİ

“Nyu York Tayms” (NYT) qəzeti vətəndaş müharibəsinin səkkizinci ilinə girdiyi Suriyada rejimin gizli həbsxanaları ilə bağlı bir reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, reportaja görə, məhbuslar dəhşətli işgəncələrə məruz qalırdılar.

Reportajda məhbusların ayaq və əl dırnaqlarının çıxarıldığı, üzərinə benzin tökülərək yandırıldığı, təcavüzə məruz qaldığı və ağzına silah qoyularaq atəş açdığı bildirilir.

Rejim əleyhinə aksiyalar təşkil etdiyi üçün həbs olunan hüquq fakültəsinin tələbəsi Muhannad Ghabbaş həbsxanada olduğu müddətdə saatlarla biləklərindən asıldığını və bədəninə elektrik verildiyini bildirib. 12 günlük işgəncələrdən sonra bombalı hücum təşkil etdiyinə dair ifadə verməyə məcbur olan Ghabbaş daha sonra Dəməşqdə bir hava bazasındakı həbsxanaya aparılıb. Burada soyuq su ilə işgəncəyə məruz qalan tələbə digər məhbuslarla birlikdə it və eşşək kimi səs çıxarmağa məcbur edilir, bəziləri isə zorlanırdı.

Ghabbaş 19 ay həbsdə qaldıqdan sonra bir hakimə rüşvət verərək azadlığa çıxır. 2013-ci ildə Türkiyəyə sığınır və hazırda Qaziantepdə yaşayır.

Həbsxanadan xilas olan və Suriyadakı ailəsinin təhlükəsizliyinə görə kimliyini gizlədən Xəlil adlı gənc isə bir məhbusun üzərinə benzin tökülərək yandırıldığının şahidi olduğunu bildirib.

Yaralanan nümayişçilərə kömək etməkdə və müxalifləri dərmanla təmin etməkdə ittiham olunan Mariam Kleif isə məhbus olduğu müddətdə təcavüzə məruz qalır.

Suriya İnsan Haqları Təşkilatının məlumatlarına görə, rejimin gizli həbsxanalarında 128 min adam itkin düşüb. Onların öldüyü, təxminən 14 min məhbusun isə işgəncələrdən həyatını itirdiyi ehtimal edilir.

Reportaja Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın reaksiya verib. O, tvitter hesabından “Suriyadakı gizli işgəncə həbsxanalarının içində: Bəşər Əsəd müxalifəti necə çürütdü” yazıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR