ABŞ və İsrail Qüdsdə birləşdi
Bizi izləyin

Yaxın Şərq

ABŞ və İsrail Qüdsdə birləşdi

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüds şəhərinə köçürməsinin birinci ildönümü İsraildə xüsusi qeyd olunub.

Publika.az xəbər verir ki, Şərqi Qüdsün Qədim Şəhər bölgəsini əhatə edən tarixi qala divarlarına ABŞ və İsrail bayraqları işıqlarla əks etdirilib.

Mərasimdə çıxış edən Qüdsün bələdiyyə sədri Moşe Lion xatırladıb ki, ABŞ səfirliyini əbədi paytaxt və İsrail dövlətindəki tək uyğun yer olan Qüdsə köçürən ilk ölkədir: “ABŞ-dakı dostlarımızı qucaqlayırıq. Prezident Donald Tramp və səfir Devid Freydmen, siz əsl dostlarsınız”.

Qeyd edək ki, Şərqi Qüds 5 iyun 1967-ci ildə İsrailə ilhaq edilib. İsrail 1980-ci ildə təktərəfli olaraq şəhərin şərqini və qərbini “birləşmiş paytaxt” elan edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə ilə İsrailin ilhaqını və paytaxt iddiasını qanunsuz hesab edib. BMT-nin qətnaməsi çərçivəsində ABŞ daxil olmaqla, beynəlxalq toplum Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir. İsrail dövlətini tanıyan bütün ölkələrin səfirliyi Təl-Əvivdə yerləşir. Bu ölkələr Şərqi Qüdsü paytaxt kimi qəbul etmir. Lakin ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquqa zidd olsa belə 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib.

ABŞ səfirliyi İsrail dövlətinin qurulmasının 70-ci ili münasibətilə 14 may 2018-ci ildə Qüdsdə açılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm