Yaxın Şərq
400 min əsgər ƏMR GÖZLƏYİR: ABŞ-İran savaşı buradan başlayacaq, bütün HAZIRLIQLAR TAMAMLANDI
Son 30 ildə müharibə, işğal və terrorla darmadağın olan İraq indi də ABŞ-İran qarşıdurmasında cəbhə olur. İran dəstək verdiyi Haşdi-Şabi terrorçularına ABŞ-ın mövqelərinə hücum etmək üçün hazırlıq görmələrini əmr edib. Vaşinqton isə İraqdakı diplomatik nümayəndələrini təcili geri çağırıb. ABŞ vətəndaşlarına ölkəni tərk etmələrini tövsiyə edib.
Publika.az xəbər verir ki, ABŞ-ın Bəsrə körfəzinə döyüş gəmisi, nüvə potensialına sahib B-52 bombardman təyyarələri ilə birlikdə 120 min əsgəri göndərmək qərarı verməsindən sonra təşvişli günlər yaşanır. Bu qərardan sonra Suriyanın Deyr-əz-Zor şəhərində İranın dəstək verdiyi terrorçuları aparan konvoya hücum edildi. Ardınca Bağdaddakı vətəndaşlara dərhal ölkədən çıxmaq çağırışı göndərildi. Bütün bu hadisələr bölgədə gərginliyi pik həddə çatdırdı.
İraqlı general Qalib Salihin fikrincə, son hadisələr müharibə hazırlığıdır.
Ön cəbhə İraq və Suriya olacaq
General bildirir ki, Amerika ilə İran arasındakı ilk qarşıdurma Suriya və İraqda yaşanacaq. Haşdi-Şabi Əməliyyat Ofisi komandanı Rıdvan əl Qənimi İraqda yerləşən bütün ABŞ hərbi mövqelərini vuracaq hərbi güc və donanmaya sahib olduqlarını açıqlayıb. Adı açıqlanmayan bir Haşdi-Şabi generalı isə Haşdi-Şabi Qüvvələrinin Ali komandan köməkçisi Əbu Mehdi əl Mühəndisin “müharibəyə hazır olun” təlimatını verdiyini söyləyib. Bildirilib ki, ABŞ-ın İraq torpaqlarından qazıyıb çıxarılması üçün terror təşkilatı and içib.
200 min əsgər
ABŞ ilə müharibəyə hazır olduqlarını bildirən təşkilatın komandanı 130 min əsgərləri olduğunu, Suriya ilə birlikdə bu rəqəmin 200 minə çıxacağını deyib.
Amerikadan 24 kritik baza
Suriya ordusundan ayrılaraq müxalif qüvvələrə qoşulan polkovnik İmed Səid isə ABŞ-ın dominant hədəfinin İranın sərhədləri xaricindəki güc mərkəzləri olduğunu ehtimal edir. ABŞ-ın İraqda 9 bazaya sahib olmasına rəğmən, Suriyanın şimal və şərq bölgələrində 24 kritik nöqtədə qərargah inşa etdiyini deyir. Səid bildirir ki, Amerika Suriyada PKK-dan istifadə edəcək.
İran 20 min milis təlimləndirdi
İranlı siyasi fəal Elyar Makuyi ölkənin Əhvaz, Kirmanşah, Təbriz və Kürdistan bölgələrində 3 xüsusi təlim düşərgəsi qurduğunu və 20 mindən çox milis toplayaraq İraq və Suriyaya göndərdiyi bilgisini paylaşıb. İran Bəlucistan və Xuzistanda təhlükəsizlik tədbirlərini gücləndirib.
İraqı boşaldın əmri
ABŞ hökumətinin “İraq mərkəzli ciddi təhdid” iddiası ilə körfəz bölgəsinə qarşı başlatdığı hərbi toplanışdan sonra Vaşinqtondan daha bir diqqətçəkən addım gəldi. ABŞ dövlət Departamenti İraqda yaşayan bütün vətəndaşlarını ölkələrinə geri çağırdı. Bağdad səfirliyi və Ərbil konsulluğundakı bütün ikinci dərəcəli heyətin İraqı tərk etməsi əmri verildi. Viza işləri təxirə salındı. Təlimat rəsmi Vaşinqtonun ötən həftə İranın və bölgədə onun maraqlarına xidmət edən qüvvələrin ABŞ vətəndaşlarını və maraqlarını hədəf alan hücum planlarının kəşfiyyatdan sonra ortaya çıxmasının ardınca gəldi.
Almaniya da hərəkətə keçdi
Almaniya Müdafiə Nazirliyi bölgədəki gərginliyi nəzərə alaraq İraqdakı alman ordusunun təlimlərini dayandırdı. İraqda 160 alman əsgəri var.
Hollandiya da hərəkatdan geri qalmadı
ABŞ və Almaniyadan sonra Hollandiya da İraqdakı missiyasını dayandırdı. Ölkənin rəsmi xəbər agentliyi ANP-nin xəbərinə görə davam edən yardım fəaliyyətləri təxirə salınıb. Hollandiya ordusu digər xarici qüvvələrlə birlikdə Ərbildə İraq əsgərlərinə təlimlər keçir.
Nüvə öhdəlikləri dayandırıldı
Bütün bu gərginliyin fonunda İran bütün dünyanı təşviş içində qoyan qərar qəbul etdi. 5+1 ölkələri ilə imzalanan nüvə sazişindəki öhdəliklərini dayandırdı.
İranın Əraq və Natanz nüvə stansiyalarına yaxın günlərdə xarici media nümayəndələri dəvət ediləcək və bu stansiyalarda aparılan işlər ictimaiyyətə təqdim olunacaq.
Zümrüd
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA