• USD 1,7000 0,00% EUR 1,9396 +0,30%
    • GBP 2,1676 0,00% RUB 0,0272 +1,10%

Səudiyyədən İrana müharibə mesajı

Səudiyyədən İrana müharibə mesajı

Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Əl-Cubeyr deyib.

“Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfindən savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, - deyə Cubeyr bildirib.

Qeyd edək ki, BƏƏ sularında Səudiyyəyə aid 2 neft tankeri hücuma məruz qalmışdı.

Ər-Riyad administrasiyası bu hücumun arxasında İranın olduğunu iddia edir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR