Rusiyanın döyüş təyyarələrinə HÜCUM: 6 raket atıldı
Bizi izləyin

Yaxın Şərq

Rusiyanın döyüş təyyarələrinə HÜCUM: 6 raket atıldı

Əl-Nüsra terror təşkilatı Rusiyanın Suriyadakı “Hmeymim” hərbi hava bazasına hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.

Bildirilib ki, hücum ötən həftənin şənbə günü baş tutub. Terror təşkilatı bazaya 6 raket atıb. Rusiyanın hava hücumundan müdafiə sistemi raketləri məhv edib.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Suriyadakı vətəndaş müharibəsinə birbaşa daxil olan və Dəməşq rejiminə dəstək verən Rusiya Lazkiyə şəhərindəki hərbu hava bazasını istifadə edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm