Səudiyyə Ərəbistanı İrana dini oyun oynayır - 60 ölkə Tehrana qarşı birləşir
Bizi izləyin

Yaxın Şərq

Səudiyyə Ərəbistanı İrana dini oyun oynayır - 60 ölkə Tehrana qarşı birləşir

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz Körfəz Əməkdaşlıq Şurası və Ərəb Birliyinə üzv ölkələri 30 mayda Məkkədə fövqəladə zirvəyə çağırıb. Səudiyyə Ərəbistanı “təhlükəsizlik və sabitlik”toplantılarını Məkkə şəhərində keçirməklə İranın mühasirəyə alınmasına dini məna yükləmək istəyir.

Publika.az xəbər verir ki, beləliklə, ABŞ-ın İranı mühasirə hərəkatına Səudiyyə Ərəbistanı da qatılıb.

Səudiyyə Ərəbistanı hökuməti İrana qarşı gərginlik strategiyasının regional istiqamətini öz üzərinə götürüb. Ər-Riyad Məkkədəki zirvələri İrana qarşı ortaq cəbhəyə çevirməyi hədəfləyir.

Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyinə müsahibə verən rəsmi nümayəndə Kral Salmanın zirvə çağırışı ilə bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsi ilə bağlı müşavirə və koordinasiya qurmaq istədiyinə işarə verib.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanında iki neft platformasına Pilotsuz Uçuş Aparatları ilə təşkil olunan hücum və ikisi Səudiyyə Ərəbistana aid dörd ticarət gəmisinin təxribata məruz qalmasından sonra sözügedən zirvələrin təşkil olunması ilə bağlı qərar qəbul olunub. Kral Salmanın oğlu və müdafiə naziri şahzadə Xalid ibn Salman hücumlarda İranı ittiham etmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 30-da keçiriləcək iki zirvənin Məkkədə 31 may-1 iyun tarixlərində təşkil olunacaq 14-cü İslam Əməkdaşlıq Təşkilatı zirvəsindən öncəyə salınması Səudiyyə Ərəbistanının mesaj vermək qayğısı kimi dəyərləndirilir. Ər-Riyad hökuməti 3 zirvəni ard-arda keçirərək Vaşinqtona “İslam dünyası əmrimdədir” mesajını verməyi və İrana qarşı ortaq cəbhəyə liderlik etməyi hədəfləyir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm