Yaxın Şərq
Suriya gerçəkləri ORTAYA ÇIXDI: ABŞ Rusiya ilə yenidən qarşı-qarşıya
Bəşər Əsəd rejimi Suriyada kimyəvi silahlardan istifadəyə davam edir.
Publika.az xəbər verir ki, bu iddia ilə ABŞ Dövlət Departamenti çıxış edib.
Xəbərə görə, rejim Suriyanın şimal-qərbində yeni kimyəvi hücumlar gerçəkləşdirir.
Departamentin mətbuat katibi Morqan Ortaqus açıqlamasında bildirib ki, ABŞ rejimin yeni kimyəvi silah istifadə etməsinə dair işarələr daxil olmaqla, Əsəd rejiminin ölkənin şimal-qərbindəki əməliyyatlarını yaxından izləyir: “Təəssüf ki, 19 may 2019-cu ildə Suriyanın şimal-qərbində, İdlibdə bir xlor qazlı hücum baş verib. Həmin hücumun hədəfi Suriyanın müxtəlif bölgələrindən qaçaraq İdlibə sığınan qaçqınlar olub. Əsəd rejimi yenidən kimyəvi silahlarla hücuma keçməyə hazırlaşır. Lakin bu baş verərsə, ABŞ və müttəfiqləri sürətli cavab verəcək”.
Morqan Ortaqus bildirib ki, ABŞ Donald Trampın 2018-ci ilin sentyabr ayında verdiyi xəbərdarlığı yeniləyir: “İdlibdə gərginliyi azaltma bölgəsində baş verən bir hücum bölgənin sabitliyini pozacaq düşüncəsiz bir hərəkət olar. Rusiya "Ağ bərəli"ləri və digərlərini ona və Əsəd rejiminə qarşı qaralama kampaniyası aparmaqda ittiham edir. Bu, gerçəkləşdirilən kimyəvi silahdan istifadə hücumlarını başqalarının üzərinə atmaq cəhdindən başqa bir şey deyil. Gerçəklər ortadadır. BMT-nin təkrar-təkrar gəldiyi qənaətə görə, Suriyadakı bütün kimyəvi hücumlar Əsəd rejimi tərəfindən həyata keçirilir”.
Zümrüd
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...