SON DƏQİQƏ: müsəlman ölkələrində eyni anda hücuma keçdilər - Ölü və yaralılar var
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: müsəlman ölkələrində eyni anda hücuma keçdilər - Ölü və yaralılar var

Əfqanıstanın paytaxtı Kabildə yerləşən bir məsciddə partlayış meydana gəlib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində məscidin imamı Maulvi Paihan həlak olub, 16 nəfər yaralanıb.

Xəbəri Əfqanıstan Daxili İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, bu partlayışla eyni vaxtda Pakistanın Bəlucistan əyalətinin paytaxtı Quetta şəhərindəki Pəştunabad bölgəsində yerləşən Rəhmanya məscidində partlayış meydana gəlib. Hadisə zamanı 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

***

Pakistanda cümə namazı zamanı müsəlmanlara hücum aktı qeydə alınıb.

Publika.az xəbər verir ki, Bəlucistan əyalətinin paytaxtı Quetta şəhərindəki Pəştunabad bölgəsində yerləşən Rəhmanya məscidində partlayış meydana gəlib.

Hadisə zamanı 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi hələ ki, açıqlanmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm