Xaftarın ordusu Tripoliyə doğru irəliləyir
Bizi izləyin

Yaxın Şərq

Xaftarın ordusu Tripoliyə doğru irəliləyir

Xəlifə Xaftarın lideri olduğu Liviya Milli Ordusu paytaxt Tripoliyə cənub və şərq istiqamətdən irəliləyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Liviya Milli Ordusunun baş komandanlığının mətbuat xidmətinin direktoru Xəlifə əl-Ubeydi bildirib.

“Liviya ordusu və onun hərbi hissələri Liviyanın hərbi hava güclərinin dəstəyi ilə Tripolinin cənub və şərqində bütün döyüş mövqelərindən irəliləyir”, - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, Xəlifə Xaftar aprelin 4-də paytaxta hücuma başlamağı əmr edib. Hazırda Liviya paytaxtı ərazisində mövqe döyüşləri davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm