İran Səudiyyə Ərəbistanına HÜCUM ETDİ - ABŞ-dan açıqlama
Bizi izləyin

Yaxın Şərq

İran Səudiyyə Ərəbistanına HÜCUM ETDİ - ABŞ-dan açıqlama

“Füceyrə” limanında ikisi Səudiyyə Ərəbistanına məxsus olan 4 neft tankerinə qarşı təşkil edilən hücumun arxasında İran dayanıb.

Publika.az xəbər verir ki, bu iddia ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məhləhətçisi Con Bolton tərəfindən səsləndirilib.

Bolton Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ konsulluğunda təşkil olunan proqramdan öncə jurnalistlərə açıqlama verib: “Füceyrə” hücumunun arxasında İranın dayandığı açıqdır. Sizcə, başqa kim edə bilər? Nepaldakılarmı? Hücumların arxasında İranın dəniz minalarının olduğu, demək olar ki, dəqiqdir. Vaşinqtonda kimsə buna şübhə etmir. Əhəmiyyətli olan budur ki, İran bunu bizim bildiyimizi bilir”.

Qeyd edək ki, mayın 12-də Səudiyyə Ərəbistanının iki neft tankeri Birləşmiş Ərəb Əmirlikləri sahillərində hücuma məruz qalmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm