Ərəb ölkələrindən İrana SƏRT TƏHDİD: bölgədə müharibə baş versə...
Bizi izləyin

Yaxın Şərq

Ərəb ölkələrindən İrana SƏRT TƏHDİD: bölgədə müharibə baş versə...

Bu gün Səudiyyə Ərəbistanının Məkkə şəhərində Körfəz Əməkdaşlıq Şurasının fövqəladə toplantısı keçirilib.

Publika.az xəbər verir ki, toplantıda İrana sərt mesajlar verilib.

Körfəz ölkələri İranı bölgəni müharibəyə sürükləməməyə çağırıb. Həmçinin, rəsmi Tehrandan regionda yerləşən ölkələrin daxili işlərinə müdaxilə etməmək, terror təşkilatlarını dəstəkləməmək və beynəlxalq sularda təhlükələr yaratmamaq tələb olunub.

Şura üzvü ölkələrin təhlükəsizliyinin bir-birindən ayrılmaz şəkildə qurulduğunu, bir ölkəyə qarşı çevrilən təhdidlərə bütün ölkələrin cavab verə biləcəyi vurğulanıb.

Ərəb ölkələri zirvədə bəyan edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları sonuna qədər dəstəklənəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm