Rusiya BMT Təhlükəsizlik Şurasının bəyanatını blokladı
Bizi izləyin

Yaxın Şərq

Rusiya BMT Təhlükəsizlik Şurasının bəyanatını blokladı

Rusiya Suriyada atəşkəsin dayandırılması ilə bağlı çağırışın yer aldığı BMT Təhlükəsizlik Şurasının bəyanatını bloklayıb.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə Təhlükəsizlik Şurasındakı mənbə bildirib.

“Humanitar üçlük” - Belçika, Almaniya və Küveyt tərəfindən hazırlanmış bəyanat bütün tərəfləri atəşin dayandırılması haqqında Rusiya-Türkiyə sazişinə tam riayət etməyə çağırırdı. Sənəddə vurğulanırdı ki, qaçqınların qayıdışı təhlükəsiz və könüllü olmalı, beynəlxalq hüququ pozanlar isə məsuliyyətə cəlb edilməlidir.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentlərinin danışıqları Soçidə 17 sentyabr 2018-ci il tarixində keçirilib. Danışıqların nəticələrinə görə iki ölkənin müdafiə nazirləri İdlibdə gərginliyin azaltma bölgəsinin yaradılması haqqında razılaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm