• USD 1,7000 0,00% EUR 1,9300 -0,50%
    • GBP 2,1564 -0,52% RUB 0,0269 -1,12%

200-dən çoxu öldürüldü, 20-dən çox hərbi məntəqə... - Səudiyyəyə AĞIR ZƏRBƏ

200-dən çoxu öldürüldü, 20-dən çox hərbi məntəqə... - Səudiyyəyə AĞIR ZƏRBƏ

Husilər Səudiyyə Ərəbistanı torpaqlarında 20-dən çox hərbi məntəqəni ələ keçirib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Səri məlumat yayıb. O, 72 saat davam edən hücumlar nəticəsində Səudiyyə Ərəbistanının cənub sərhədinə yaxın Nəcran şəhərinin nəzarətindəki hərbi nöqtələrin ələ keçirildiyini söyləyib.

Səri qarşıdurmalar nəticəsində beynəlxalq koalisiyanın tabeliyindəki 200-dən çox əsgərin öldüyünü və yaralandığını, bəzilərinin isə girov götürüldüyünü bildirib.

O, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya aid 20-dən çox zirehli texnikanın məhv edildiyini, xeyli sayda hərbi sursat və cəbhəxanaların ələ keçirildiyini deyib.

Sözçü açıqlamasında hücumun görüntülərinin yaxın müddətdə mediada yayımlancağını da əlavə edib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR