Dünyanı təəccüb içində qoyan MOSSAD İDDİASI: 4 tankeri kim yandırdı?
Bizi izləyin

Yaxın Şərq

Dünyanı təəccüb içində qoyan MOSSAD İDDİASI: 4 tankeri kim yandırdı?

İsrailin kəşfiyyat xidməti MOSSAD Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə limanında 4 neft tankerinə təşkil olunan hücumla bağlı saxta bilgi verib.

Publika.az xəbər verir ki, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir tvitter hesabından verdiyi açıqlamada Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu “yalançı çoban” adlandırıb. Bildirib ki, MOSSAD Boltona saxta bilgi ötürüb.

“B komandasının yalançı çobanı bir daha yalandan fəryad qopardı. MOSSAD Füceyrədəki sabotajda İranın əli olduğuna dair saxta bilgi verir. Əvvəlki kimi saxta təşəbbüslər olacağına dair xəbərdarlıq etmişdim. Siz onların yalanına inananda nələr olacağını bilirik. Bu oyunu daha əvvəl görmədikmi?” -, Zərif paylaşımında qeyd edib.

Xarici işlər naziri Con Boltonu, İsrailin baş naziri Benyamin Netanyahunu, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zahidi ABŞ prezidenti Donald Trampın “B komandası” adlandırır.

Qeyd edək ki, Con Bolton ötən həftə BƏƏ səfərində 4 neft tankerinə qarşı təşkil olunan təxribatın arxasında İranın olduğuna dair dəllilərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim olunacağını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm