Ərdoğan Putinlə görüşdü - - FOTO
Bizi izləyin

Yaxın Şərq

Ərdoğan Putinlə görüşdü - - FOTO

Tacikistanın paytaxtı Düşəmbədə Asiyada Əməkdaşlıq və Etibarlılığı Artırıcı Tədbirlər Konfransının (CICA) 5-ci Dövlət və Hökümət Başçıları Zirvəsi keçirilib.

Publika.az xəbər verir ki, zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin də iştirak edib.

Onları Tacikistan prezidenti İmaməli Rəhman qarşılayıb. Liderlər Prezident Sarayında görüşüb. Zirvədən öncə Türkiyə prezidenti rusiyalı həmkarı ilə ayaqüstü söhbət edib. Görüş əsnasında Ərdoğanı Xarici işlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak və prezidentlə əlaqələr üzrə nümayəndə Fəxrəddin Altun müşayiət edib.

Liderlər İmaməli Rəhmanın 5-ci CİCA zirvəsi iştirakçılarına verəcəyi rəsmi qəbulda toplaşacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm