Papa dünya liderlərinə çağırış etdi
Bizi izləyin

Yaxın Şərq

Papa dünya liderlərinə çağırış etdi

Hər kəsi Yaxın Şərqdəki gərginliyi diplomatik yolla aradan qaldırmağa çağırıram.

Axar.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.

"Beynəlxalq ictimaiyyəti sülh və dialoq naminə bir araya gəlməyə dəvət edirəm", - Fransisk bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

ABŞ tankerlərə hücumun məsuliyyətini İranın daşıdığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm