Məscidə silahlı hücum: 10 ölü, onlarla yaralı...
Bizi izləyin

Yaxın Şərq

Məscidə silahlı hücum: 10 ölü, onlarla yaralı...

İraqın paytaxtı Bağdadda yerləşən məsciddə partlayış baş verib.

Publika.az xəbər verir ki, şiə müsəlmanlarının cümə namazı qıldığı əsnada gerçəkləşdirilən kamikadze hücumunda ən az 10 nəfər ölüb.

Onlarla yaralı olduğu bildirilir.

Əvvəlki zamanlara nisbətən Bağdadda bu tip hücumlar baş vermirdi. Lakin son zamanlarda kamikadze partlayışlarının sayı artıb. Hadisələrin hədəfi isə şiə müsəlmanları olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm