Husilər Səudiyyənin iki aeroportuna zərbələr endirdi
Bizi izləyin

Yaxın Şərq

Husilər Səudiyyənin iki aeroportuna zərbələr endirdi

“Ənsar-Alla” şiə hərəkatından qiyamçılar (Husilər) dronların köməyi ilə Səudiyyə Ərəbistanının Cizan və Abha aeroportlarına zərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Husilərə məxsus “Al-Masira” telekanalı bildirib.

Abha şəhərində 8 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətdən sonra ölüb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir.

Husilərin nümayəndəsi bildirib ki, Səudiyyə aeroportlarına hücum ərəb koalisiyasının aviazərbələrinə cavab olub. Onun sözlərinə görə, Husilər Səudiyyə Ərəbistanına zərbələr vurmağa davam edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm