• USD 1,7000 0,00% EUR 1,9069 -0,38%
    • GBP 2,1256 -0,28% RUB 0,0270 -0,37%

Daha bir ölkədən ABŞ-a S-400-lü zərbə

Daha bir ölkədən ABŞ-a S-400-lü zərbə

“S-400 müdafiə kompleksi almaq Hindistanın milli marağıdır”.

Publika.az xəbər verir ki, bunu Hindistanın Xarici işlər naziri Subrahmanyam Yaişankar deyib.

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ilə paytaxt Yeni Dehlidə görüşdükdən sonra açıqlama verən nazir qeyd edib ki, Hindistan bu məsələdə milli mənfəətlərinə uyğun şəkildə davranacaq.

ABŞ-ın Rusiyadan alınacaq S-400 sistemlərinə görə sanksiya tətbiq etməsi ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirən nazir qeyd edib ki, Hindistan bu sistemlərə sahib olmaqda qətidir: “Bir çox ölkə ilə münasibətlərimiz var. Bunların da bir tarixi var. Biz milli mənfəətlərimizə uyğun olanı edəcəyik. Strateji əməkdaşlığın tələbi kimi hər ölkə digərinin milli maraqlarını anlamalıdır”.

Qeyd edək ki, ötən il Hindistanla Rusiya arasında S-400 hava hücumundan müdafiə komplekslərinin satışına dair razılaşma əldə olunub. İmzalar çəkildikdən sonra ABŞ prezidenti Donald Tramp Hindistanı dəfələrlə sanksiya tətbiq etməklə təhdid edib.

Sistemlər 2020-ci ilin oktyabrından 2023-cü ilə qədər davam edəcək.

Qeyd edək ki, Hindistan ordusunun arsenalının 70%-ni Rusiya təmin edir.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR