İsrailin SENSASİON PLANI: 3 ölkənin dəstəyi və Türkiyə üçün BÖYÜK TƏHLÜKƏ
Bizi izləyin

Yaxın Şərq

İsrailin SENSASİON PLANI: 3 ölkənin dəstəyi və Türkiyə üçün BÖYÜK TƏHLÜKƏ

İsrail Şərqi Aralıq dənizini işğal etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər üzrə fələstinli mütəxəssis Cəlal Səlmi deyib.

Mütəxəssis bildirib ki, İsrailin yeni Aralıq dənizi layihəsi çərçivəsində Livanın Xüsusi İqtisadi Bölgəsi olan Karişi və “9-cu blok” adlanan zəngin qaz yataqları ilə dolu dəniz xəttinə nəzarət bu ölkəyə veriləcək.

Fransa, Yunanıstan və Cənubi Kipr tərəfindən pik həddə çatdırılan gərginliyə diqqət çəkən Cəlal Səlmi bildirib ki, Aralıq dənizində Türkiyənin enerji axtarışlarının əleyhinə təxribat törədənlərin ən önəmli obrazı İsraildir: "Bəhreyn zirvəsində çəkilən Aralıq dənizi xəritəsi Kipr sahillərindəki təxribatın bir parçasıdır. Bölgədə Türkiyənin qarşısını almaq cəhdlərinin davamıdır. İsrail quru ilə birgə dəniz sərhədlərinin də yenidən çəkilməsini istəyir. Bu işğal həmləsi ilə bir tərəfdən Türkiyənin hərəkət sahəsini daraltmaq, digər tərəfdən Kipr təxribatı sahəsinə yaxınlaşmaq istəyir”.

Mütəxəssis qeyd edib ki, Aralıq dənizində, başda Qəzza sahillərində yerləşən Maren bölgəsi olmaqla, milyardlarla kubmetr qaz potensialı tapılıb: “İsrailin əvvəldən müəyyən etdiyi sahənin nəzarətinin alınması məsələsində görüləcək işlər Bəhreyn toplantısında iştirakçılara bildirilib. İsrail araşdırma komandası Aralıq dənizində 5 böyük qaz hövzəsi tapıb və burada qazma işlərinə başlamaq istəyir. Əvəzində İordaniya vasitəsilə fələstinlilərə xaricə səyahət məsələsində kömək etmək və Sinay yarımadasında Qəzza üçün liman və hava limanı inşa edərək fələstinlilərə icaryə vermək öhdəliklərini götürür. Bu məsələdə ən diqqətçəkən nöqtə isə bütün bunlar üçün ayrılan 6 milyard dollarlıq büdcənin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin verməsidir”.

Qeyd edək ki, Bəhreynin paytaxtı Manamada “Rifah üçün sülh” başlıqlı forum təşkil edilib. Forumda İsrail-Fələstin münaqişəsi, ABŞ tərəfindən hazırlanan və bu iki ölkəni barışdırmaq missiyası daşıyan “Əsrin razılaşması” müzakirə masasına qoyulub. Forum ABŞ-ın rəhbərliyi altında keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm