SON DƏQİQƏ: İran hərbi gəmiləri İngiltərə tankerinə HÜCUM ETDİ - Ordu açıqladı (YENİLƏNDİ)
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: İran hərbi gəmiləri İngiltərə tankerinə HÜCUM ETDİ - Ordu açıqladı (YENİLƏNDİ)

İran Hörmüz boğazında İngiltərəyə aid neft tankerinin qarşısının kəsilməsi xəbərinə münasibət bildirib.

Publika.az "Sputnik"ə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Koprusu xəbəri təkzib edib.

“Fars” xəbər agentliyinin məlumatına görə, körfəzdə patrul xidməti göstərən Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində hər hansı bir xarici gəmi ilə qarşılaşmayıb.

​Qeyd edək ki, İngiltərə ilə İran arasında bir müddətdir tankerlərə görə gərginlik yaşanır. İngiltərə donanması ötən həftə Cəbəllütariq boğazında Suriyaya neft daşıyan İran bayraqlı “Grace 1” tankerinin girov götürülməsi məsələsinə daxil olmuşdu. Tanker Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sankisyaları pozmaqda ittiham edilirdi. İran tankerin saxlanılmasının İngiltərə üçün ağır nəticələr doğuracağını açıqlamışdı.

***

10:39

İranın beş hərbi kateri Britaniyanın “British Heritage” xam neft tankerini Fars körfəzində ələ keçirməyə cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

CNN məlumat verib ki, İran tərəfindən gələn kiçik döyüş gəmiləri tankeri İran sahillərinə doğru çəkməyə çalışıb. İngiltərə Kral Donanmasına aid “HMS Montrose" döyüş gəmisi silahlarını bu gəmilərə çevirərək sözlə xəbərdarlıq edib. Yalnız bundan sonra insidentin qarşısı alınıb.

İngiltərə Müdafiə Nazirliyi hadisəni təsdiqləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm