SON DƏQİQƏ: Türkiyəli diplomatlara dəhşətli hücum, ölü və yaralılar var - YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: Türkiyəli diplomatlara dəhşətli hücum, ölü və yaralılar var - YENİLƏNDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərbildə türk diplomatlara qarşı təşkil olunan hücumla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, açıqlamada deyilir:

“Ərbildə konsulluq işçillərimizə qarşı təşkil edilən mənfur hücumu qınayıram. Hücumda şəhid olan çalışanımıza Allahdan rəhmət diləyirəm. Hücumun təşkilatçılarının sürətli şəkildə tapılması üçün təşəbbüslərimiz davam edir”.

***

16:39

Anadolu Agentliyinin məlumatına görə, hadisə zamanı 1 türk diplomat şəhid olub. Ölən digər 2 nəfər isə İraq vətəndaşıdır.

Agentliyin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, “Huqqabaz” restoranına təşkil edilən hücumun hədəfində türkiyəli diplomatlar olub.

Onlar nahar etdikləri əsnada içəri mülki geyimli və iki silahı olan terrorçu daxil olub və birbaşa diplomatlara atəş açıb.

Nəticədə 1 türk diplomatı ölüb.

Ərbilin polis rəisi Əbdülaxliq Tələt hadisə ilə bağlı istintaq işinin açıldığını, detallı açıqlamanın veriləcəyini deyib.

Şəhərin digər şəhərlərə gedən bütün yolları istifadəyə bağlanıb.

Hadisə şahidləri iddia edir ki, hücumda istifadə edilən silahlarda səsboğucu olub.

Terror hücumunun arxasında PKK-nın olduğu ehtimal edilir.

***

16:35

Hücumu təşkil edən terrorçu zərərsizləşdirilib.

Hadisə yerinə çox sayda polis ezam olunub.

***

16:20

NTV xəbər verir ki, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

***

Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbildə fəaliyyət göstərən restorana silahlı hücum edilib.

Publika.az “Rudaw”a istinadən xəbər verir ki, hücum zamanı içəridə Türkiyə Konsulluğunun nümayəndələri də olub.

Nəticədə Türkiyənin Ərbildəki baş konsulunun köməkçisi Hakan Karaçay ölüb.

“Röyters”in xəbərinə görə, ən az 3 türk diplomat hücumun qurbanı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm