SON DƏQİQƏ: SEPAH-dan şok həmlə - Müharibə elanı sayılacaq
Bizi izləyin

Yaxın Şərq

SON DƏQİQƏ: SEPAH-dan şok həmlə - Müharibə elanı sayılacaq

İran İslam İnqilabı Keşikçilər Korpusu Hörmuz boğazında saxlanılan İngiltərə neft tankerini saxlayıb.

Publika.az xəbər verir ki, bu haqda İrandan verilən açıqlamada deyilir.

Press TV telekanalının məlumatına görə, qərar beynəlxalq gəmiçilik normalarının pozulmasına görə qəbul edilib.
"Stena Bulk & Northern Marine Management" şirkəti hadisənin təfərrüatlarını dəqiqləşdirib. Şirkətin nümayəndələrinin sözlərinə görə, tanker hazırda İran sahillərinə hərəkət edir. Ekipajla əlaqənin olmadığı qeyd edilir.

İranın bu açıqlamasından sonra İngiltərənin təcili təhlükəsizlik toplantısının keçirdiyi bildirilir. Bölgədə çoxlu sayda ABŞ və ingiliz döyüş gəmisinin olmasına baxmayaraq, İranın bir neft tankerini saxlamasının hərbi gərginliyə gətirib çıxaracağı gözlənilir.

“Stena Impero” tankerində 23 ekipaj üzvü var. İran ordusunun tankeri ələ keçirmək üçün çoxlu sayda katerlə hücum etdiyi iddia edilir.

Qeyd edək ki, ötən həftə İngiltərə Cəbəllütariqdə Suriyaya gedən İran neft tankerini ələ keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm