Yaxın Şərq
Qüds İsrailə verilir, yəhudi qəsəbələri isə... - Trampın kürəkəni hərəkətə keçdi
ABŞ prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner bu ayın sonunda “Əsrin razılaşması” çərçivəsində Yaxın Şərqə səfər edəcək.
Publika.az bildirir ki, ABŞ mətbuatında Ağ Ev mənbələrinə istinadən verilən xəbərə görə, Kuşner İsrail-Fələstin sülh planı içindəki 50 milyard dollarlıq iqtisadi inkişaf paketinə dəstək üçün İsrail, İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.
Onun rəhbərlik etdiyi heyətdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Ceyson Qrinbalt, Xarici İşlər Nazirliyi nümayəndəsi Brian Huk və Kuşnerin köməkçisi Avi Berkovitz yer alıb. Səfər çərçivəsində ötən ay Bəhreyndə keçirilən iqtisadi şuranın nəticələrinə diqqət çəkiləcək.

Qeyd edək ki, ABŞ-ın liderliyi ilə 25-26 iyunda Bəhreyndə “Rifah üçün sülh” başlıqlı iqtisadi şura keçirilmişdi. Fələstinin boykot etdiyi və bölgə ölkələrini də boykot etməyə çağırdığı şuraya İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Mərakeş qatılmışdı.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasındakı gərginliyi aradan qaldırmaq məqsədilə “Əsrin razılaşması” planını imzalayıb. Plana əsasən, Qüds şəhəri tamamilə İsrailə verilir, Qərbi Şəriədəki qeyri-qanuni yəhudi qəsəbələri olduğu kimi qalır. Fələstin prezidenti Mahmud Abbas bu planı “Əsrin şapalağı” adlandırır.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)


























