ABŞ ordusunun İraq biabırçılıqları: cinsi təcavüz, spirtli içki...
Bizi izləyin

Yaxın Şərq

ABŞ ordusunun İraq biabırçılıqları: cinsi təcavüz, spirtli içki...

İraqda döyüşən Amerika donanmasının xüsusi təyinatlı birlikləri biabırçılıq törədib.

Publika.az xəbər verir ki, birliyin əsgərləri cinsi təcavüzlə məşğul olub, vəzifə başında ikən spirtli içki qəbul edib.

Amerika Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı (SOCOM) məsələ ilə bağlı yazılı açıqlama verib. Bildirilib ki, Xüsusi Təyinatlı Birliklərin komandanı, general-polkovnik Erik Hill əmrində olan bəzi əsgərləri Kaliforniyanın San Dieqo şəhərindəki mərkəzə məhz bu səbəbdən geri göndərib.

Rütbələri və neçə nəfər olduqları açıqlanmayan əsgərlərə cəzanın verilib-verilməyəcəyi ilə bağlı məlumat verilməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm