İŞİD yenidən dirilib o ölkədə hücuma keçdi
Bizi izləyin

Yaxın Şərq

İŞİD yenidən dirilib o ölkədə hücuma keçdi

İŞİD terror təşkilatı 2017-ci ildən sonra ilk dəfə yenidən İraqda hərəkətə keçib.

Publika.az xəbər verir ki, təşkilat Süleymaniyyə şəhərində iki neft quyusuna hücum edib.

Bu barədə Anadolu Agentliyinə İraq ordusunun Əlahiddə Əməliyyatlar Komandanlığından Səid Məhəmməd məlumat verib. O bildirib ki, hücuma polislər qarşılıq verib. Buna görə də terrorçular geri çəkilib. İnsident zamanı ölən və yaralanan olmayıb.

Qeyd edək ki, 2017-ci ildə İraqda İŞİD terror təşkilatının tamamilə məhv edildiyi və torpaqların geri alındığı açıqlanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm