Yaxın Şərq
Tramp Ərdoğanın qarşısına elə şərtlər qoydu ki... - Qəbul edilməsə, 2 həftə içində...
ABŞ Türkiyəyə təhlükəsiz bölgənin yaradılması üçün son təklifini verəcək.
Publika.az xəbər verir ki, bu iddia “Vaşinqton Post”un “ABŞ Suriyanın şimalındakı türk işğalının qarşısını almaq üçün son həmləsini etdi” başlıqlı məqaləsində yer alıb.
Xəbərə görə, Donald Tramp Administrasiyası gözləyir ki, bu təklif qəbul edilməsə, Türkiyə 2 həftə içində Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bu gün təklifi türkiyəli həmkarlarına təqdim edəcək.
Təklif paketində bunlar yer alıb:
- Təhlükəsiz bölgə (14-15 km) uzunluğunda olacaq.
- Türkiyə-Suriya sərhəd xətti boyunca (140 km) uzunluğunda xətt formasında yaradılacaq (bu təklifə görə, YPG terror təşkilatının Kandil və Sincar şəhərləri ilə əlaqəsi kəsilmir).
- PKK/YPG terror təşkilatına aid silahlar yox ediləcək.
- Təhlükəsiz bölgəyə türk və amerikalı əsgərlər ortaq nəzarət edəcək.
Türkiyənin istəyi isə bu formadadır:
- Təhlükəsiz bölgə 32 km uzunluğunda olacaq.
- Təhlükəsiz bölgədə sadəcə Türkiyə olacaq.
- YPG-nin bütün ağır və yüngül silahları toplanacaq.
- 460 km sərhəd xətti buraya daxil edəcək (bu təklifə görə, YPG terror təşkilatının Kandil və Sincar şəhərləri ilə əlaqəsi kəsilir).
Xəbərdə diqqət çəkən daha bir nöqtə isə Türkiyənin əməliyyata başlaması təqdirində Tramp hökumətinin YPG-ni qanuni şəkildə qorumaq səlahiyyətinin olmamasının bildirilməsidir.
Zümrüd
-
Rəsmi xronika16:41
İlham Əliyev Rusiyaya gedəcək
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR