Yaxın Şərq
Ərəblər nəhəng dinozavr skletini Dubaya gətirdilər - 4 MİLYONA SATILIR - FOTO
2014-cü ildən Dubayın ən iri “The Dubai Mall” ticarət-əyləncə mərkəzinin atriumunu bəzəyən 155 milyon yaşı olan dinozavrın skeleti satışa çıxarılır.
“Emirates Auction” şirkəti tərəfindən onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 14,6 milyon dirhəmdir (3,97 milyon dollar).
Uzunlugu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.
Qeyd edək ki, dinozavrın qalıqları 2008-ci ildə Amerikanın Vayominq ştatının “Dana Quarry” ərazisində aşkar edilib. Əbu-Dabinin “Etihad Modern Art Gallery” qalereyasının təsisçisi Xalid Seddık tərəfindən əldə edilməmişdən əvvəl bu skelet ABŞ-ın Texas ştatındakı Hyustonun təbii elmlər muzeyində nümayiş olunub.(Azərtac)
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı