Danışıqlar yekunlaşır - ABŞ-la sülh müqaviləsi imzalanacaq
Bizi izləyin

Yaxın Şərq

Danışıqlar yekunlaşır - ABŞ-la sülh müqaviləsi imzalanacaq

Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatının nümayəndəsi yaxın zamanlarda ABŞ-la yekun sülh sazişinin əldə olunacağını bildirib.

Reuters xəbər verir ki, “Taliban” və ABŞ administrasiyasının nümayəndə heyətləri avqustun 28-də Qətərin paytaxtı Dohada danışıqları davam etdirəcəklər. Danışıqların doqquzuncu raundu avqustun 22-də start götürüb.

Əfqanıstan hökumətinin təhlükəsizlik aparatında olan mənbənin məlumatına əsasən, ABŞ qoşunları 14-24 ay ərzində Əfqanıstandan çıxarıla bilər.

ABŞ nümayəndələri hələlik bu məsələyə dair şərh verməyib. Danışıqların gedişi ilə yaxından tanış olan mənbənin məlumatına görə, Amerika nümayəndə heyətinin rəhbəri, Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad taliblərlə ehtimal olunan saziş barədə Əfqanıstan Prezidenti Əşrəf Qənini məlumatlandırmaq üçün Kabilə getmək niyyətindədir.

ABŞ və “Taliban” hərəkatı arasında danışıqların doqquzuncu raundunda tərəflər dörd əsas mövzunu - ABŞ və NATO qoşunların Əfqanıstandan tam çıxarılmasını, ölkə ərazisindən ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağı barədə taliblərin zəmanətini, həmçinin ümumi atəşkəsi və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsini müzakirə edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm