Həbsxana bombardman edildi, 86 nəfər öldü - YENİLƏNDİ
Bizi izləyin

Yaxın Şərq

Həbsxana bombardman edildi, 86 nəfər öldü - YENİLƏNDİ

Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətində endirilən aviazərbələr zamanı ən azı 86 nəfər həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yəmən Qırmızı Ayparasının koordinatoru İlyas Mania al-Maydam bildirib.

Daha əvvəl “Ənsar Alla” hərəkətından (Husilər) olan Yəmən qiyamçıları ərəb koalisiyasının hücumları zamanı 60 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını açıqlamışdı. Öz növbəsində, koalisiya ittihamları rədd edib və bildirib ki, aviazərbələr Husilərin hərbi obyektinə endirilib.

***

11:43

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ən azı 50 hərbi əsir ölüb.

Bu barədə məlumatı “Sınxua” agentliyi “Ənsar Allah” hərəkatının (husilər) bəyanatına istinadən yayıb.

Hadisə Damar əyalətinin mərkəzində baş verib.

“Reuters” agentliyinin məlumatına görə, koalisiya qüvvələri 6 aviazərbə endirib.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm