Trampdan Suriya ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR - Mark Esper bəyan etdi
Bizi izləyin

Yaxın Şərq

Trampdan Suriya ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR - Mark Esper bəyan etdi

ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib.

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib. Söhbət min ABŞ hərbçisindən gedir.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm